m10 — Digital Wallet

m10 — Digital Wallet

komissiyasız köçürmələr üçün

App Report, Market and Ranking Data
publisher
category
price
Free
Reviews
4.8 (252)
United States United States
Description
komissiyasız köçürmələr üçün
m10 — pulsuz elektron pul qabıdır və istənilən mobil nömrə və bank kartı ilə nağdsız ödənişlər etmək, pul köçürmək və almaq üçün rahat və etibarlı vasitədir.

m10-u mobil balansı artırmaq, xidmətlərin ödənişlərini etmək, mağazalarda, restoranlarda və sair yerlərdə ödənişlər üçün istifadə edə bilərsən. Bu, həqiqətən də çox rahat vasitədir. Təsəvvür et ki, əlinin altında mobil telefondan başqa heç nə yoxdur, nə nağd pul, nə də bank kartı. Üstəlik, m10-da komissiya yoxdur.

m10 ilə maliyyə əməliyyatlarını idarə edə, xərcləri və gəlirləri izləyə və hər bir əməliyyat haqqında bildirişlər alacaqsan. Sən həm pullarından xəbərdar ola, həm də onlara rahat və asan nəzarət edəcəksən.

Elektron pul qabını cəmi bir dəqiqəyə yaratmaq olar. Sadəcə:
• m10 mobil tətbiqini yüklə
• mobil nömrənlə qeydiyyatdan keç
• özünü şəkillə təsdiqlət

Komissiyasız pul göndər
• m10 balansından m10 balansına
• istənilən bankın kartına

Bütün MilliÖN ödənişlərini m10 ilə et
• mobil balans — Azercell, Bakcell, Nar, Naxtel və digər operatorlar
• Kommunal xidmətlər —NFC tipli qaz kartı, AzəriQaz, Azərİşıq, AzərSu, Naxçıvan Qaz, Naxçıvan Elektrik, Naxçıvan Su, Meliorasiya və s.
• İnternet — AiləNet, Avirtel, AzerOnline, Aztelecom, BIRLink və s.
• televiziya — AiləTV, ATV Plus, Aztelecom, Baktelecom, KATV və s.
• stasionar telefon — AzEurotel, Aztelekom, Baktelekom, Ultel Telefon, TransEuroCom və s.
• cərimələr – Dövlət Yol Polisi / DYP.

QR kod ilə və digər ödənişlərdən keşbek qazan
• 2% keşbek — Ölkə üzrə 10.000-dən çox yerdə alış-veriş zamanı.
• 2% keşbek — kommunal ödənişlərdən, kabel TV-dən, mobil və internet xidmətlərdən.

Ölkə üzrə 10.000-dən çox nöqtədə QR kodu ilə ödəniş et
• kafe və restoranlar — Vapiano, Mado, KAFE DREAM KITCHEN və s.
• elektronika — İrşad, Kontakt, Baku Electronics, Music Gallery  və s.market
• geyim — ZARA, Swarovski, Bershka və s.
• supermarketlər — Bravo, Bolmart, Rahat, Grandmart, OBA Market, NAR və s.
• klinikalar və apteklər — VITA, Focus, Aloe, Buta və s.
• Yanacaqdoldurma məntəqələri — Socar, Tosoil və s.
• digər — PARK CINEMA, LİBRAFF, AMAZON, Game Station, Oyun Zali, 1ST Fitness və s.

E-pul qabını komissiyasız artır
• MilliÖN terminallarında nağd pulla
• İstənilən bank kartı ilə: BirBank, Leobank, ABB Bank, Kapital Bank, Unibank, Pasha Bank, Rabitəbank, Ubank, Bank Respublika, Dost Bank, Xalq Bank, Expressbank, ATB və s.

Komissiyasız nağdlaşdırma
• Kapital Bankın bankomatlarında


Nağdsız ödənişlər üçün rahat və etibarlı e-pul qabı axtarırsansa, sənə elə m10 lazımdır. Milyonlarla m10 istifadəçisinə qoşul və həyatını asanlaşdır.


m10 yenilikləri və aksiyaları
• Biz “Dostunu dəvət et” proqramını yenilədik. Sən hər dəvət etdiyin dostuna görə 4₼ qazanacaqsan. Dostun sadəcə QR kodla iki ödəniş (hər biri 5₼ olmaqla) etməlidir. Dostlarını dəvət et və real pul qazanmaq fürsətini qaçırma!

• Limonlar geri döndü! 250.000, 500.000 və 1.000.000 limon toplayan istifadəçilərə nağd uduşlu kart seçimi təqdim olunacaq. Onlardan biri ol və gözəl hədiyyələr qazan!


Əgər köməyə ehtiyacın olsa, biz daim yanındayıq.

Instagram: https://www.instagram.com/m10.az/
Telegram: https://t.me/limonqazani
Facebook: https://www.facebook.com/m10.az
YouTube: https://www.youtube.com/@m10byPashaPay
TikTok: https://www.tiktok.com/@m10bypashapay
WhatsApp: +994774008810

Biz daim sistemimizi və tətbiqimizi təkmilləşdirməyə çalışırıq və buna görə də onların üzərində daim işləyirik. Hər hansı bir çətinliyin yaransa və ya maraqlı bir ideyan olsa, çəkinmədən [email protected] ünvanına yaz.

m10 haqqında rəyini almaq və onu daha da mükəmməl etmək barədə fikirlərini öyrənmək bizi ancaq sevindirə bilər.

Ünvan: AZ1010, Baki şəhəri Nəsəmi rayonu, Neftçilər pr., 153
Category Ranking
Not enough information to display the data.
Review Breakdown
Not enough information to display the data.
Screenshots
Reviews

Фин код

Не принимает фин код

Лейла191991Sat, Apr 20, 2024
United StatesUnited States

NFC ilə qaz kartına yükləmə edəndə ehtiyatlı olun!

Gallus Pay kartına NFC ilə pul yükləmək üçün funksiyası var. Bir dəfə yoxladım çox rahat idi, lakin iknci dəfə pul M10 balansından çıxdı, qaz kartını sayğaca yaxınlaşdıranda isə error verdi. Dəstək xidməti, kartı bərpa etməyə, sonra Asan Kommunala getməyə məsləhət görürdü. Amma kart işləkdir, terminallarda adi qaydada pul yüklənir və sayğaca problemsiz oturur. Məncə, iphone üçün olan tətbiqində problem var, karta məlumat yazılma mərhələsində. Nəticədə 6 manat boşa getdi. Neçə vaxtdı verdikləri keşbeklərin "əvəzini çıxdılar". Onu qaytarmaq da fikirləri yoxdur. Ödəniş uğurlu keçib deyirlər. Ama karta keçməyib, havaya keçib. Ona görə də bu funksiyaya güvənməyin! Pulunuz bata bilər! Evinizdə qaz heç vaxt kəsilməsin!

Rüstəm777Wed, Dec 13, 2023
United StatesUnited States

Açılan kimi bağlanır (crash edir)

Bu cür sadə app-da belə problemləriniz varsa məncə bacardığınlz bir işlə məşğul olun. İOS app yazmaq sizlik deyil.

L'V!NMon, Apr 24, 2023
United StatesUnited States

Kart desteği

Baküde yaşayan yabancılar olarak, kredi kartlarımızı kullanamıyoruz. Sadece azerbaycan bankalarının kartlarını kabul ediyor. Online yükleme yapmak için Sürekli arkadaşlarımızdan kartlarını kullanmayı rica ediyoruz. 2023 yılında bu büyük bir problem. Çoook acil düzeltlmesi veya seçeneklerin artması lazım.

Uçakk yolcusuSun, Apr 16, 2023
United StatesUnited States

Cox serishdesiz IT iscileri var

Eger 2 cihazdan acounta daxil olunubsa bunu hec bir halda bilmek olmur ve bashlicasi en vacibi sen öz aountunu legv ede bilmirsen, bir sozle esil azerbaycana yarashan proqramdir, Siz gelecekde o funksiyani elave edene kimi bakinin butun polisleri menim profilimi istifadeden kecirecek, Teshekkurler bele ‘ela’ proqrama gore

DamashnickSat, Apr 15, 2023
United StatesUnited States

Cox serishdesiz IT iscileri var

Eger 2 cihazdan acounta daxil olunubsa bunu hec bir halda bilmek olmur ve bashlicasi en vacibi sen öz aountunu legv ede bilmirsen, bir sozle esil azerbaycana yarashan proqramdir,

DamashnickTue, Apr 11, 2023
United StatesUnited States

Faydalı programdır. Demək olar hər gün istifadə edirəm.

Balans artırmaq üçün hər dəfə CVV və OTP adamı yorur. Etibarlı və təhlükəsiz şəkildə kart məlumatlarını saxlayıb, balansı artıranda təsdiqlənmə istəmədən birbaşa artırsaydı istifadəsi daha rahat olardı.

Rustam BakuFri, Mar 17, 2023
United StatesUnited States
Download & Revenue
DOWNLOAD 16.6KApr 2024Worldwide
REVENUEN/AApr 2024Worldwide
download revenue
About
Bundle Id
com.m10.ios
Min Os. Version
12.4
Release Date
Wed, Sep 28, 2022
Update Date
Fri, May 10, 2024
Content Rating
4+
Has IMessage
No
Support Watch
No
Support Siri
No
File Size
122.03MB
Has Game Center
No
Family Sharing
Yes
Support Passbook
No
Supported Languages
English, Azerbaijani, Russian
What's New
version
1.257.0
updated
1 week ago
Yeni versiyada m10-u optimallaşdırdıq, bug-lardan təmizlədik və daha da gücləndirdik - indi sən də m10 ilə daha da güclü ol!
Newsletter

Subscribe our newsletter and get useful information every week.

Publisher's Other Apps

Stay Ahead of the Market with StoreSpy
Never miss opportunities
Watch your competitors closely
Start boosting your app right away
Start Now
stay a head