Birbank

Birbank

ƏDV, Keşbek, Kredit, Ödənişlər

App Report, Market and Ranking Data
category
price
Free
Reviews
4.8 (1.8K)
United States United States
Description
ƏDV, Keşbek, Kredit, Ödənişlər
Birbank mobil tətbiqini endirməklə Kartlardan sürətli ödəniş, qazandıran bonuslar, Apple Pay, onlayn növbə götürmə kimi xüsusiyyətlərindən istifadə et. Birbank taksit və debet kartlarının 2 qat ƏDV, 30%-dək keşbek, pulsuz nağdlaşdırma, həmçinin komissiyasız köçürmə kimi üstünlüklərindən yararlan.

TƏTBİQİN ÜSTÜNLÜKLƏRİ
-Filiala getmədən 24/7 nağd kredit & taksit kartı limiti əldə etmək
-Bank kartları, hesablarını idarə etmək;
-Kredit və depozit hesablarına nəzarət;
-Birbank şəxsi kabineti ilə kredit borclarınıza nəzarət və ödəmək imkanı;
-Onlayn valyuta məzənnəsinin hesablanması və izlənməsi;
-Kartlar üzərində PIN dəyişmə, SMS banking, 3D secure, gündəlik limitlərin idarəsi və s. əməliyyatları aparmaq.
 
ÖDƏNİŞLƏR
Mobil tətbiq istifadəçilərinə şəxsi kabineti istifadə edərək, evdən çıxmadan aşağıdaki onlayn ödəniş imkanlarını verir:
-Mobil ödənişlər - Azercell, Bakcell, Bakcell ulduzum, Sim, Nar mobile;
-Kommunal ödənişi– Azeristilik, Azersu, AzeriQaz, Azerişiq;
-İnternet –  Aztelecom, BIRLink və s.;
-TV – AiləTV, KATV ödənişləri;
-Telefon ödənişlər – Aztelekom, Baktelekom;
-Dövlət – dövlət vergiləri, ƏDV geri al;
-Sığorta – PAŞA Sığorta (Pasha Insurance);
-Xeyriyyəçilik – YAŞAT fondu, Qırmızı Ürəklər Fondu;
-Cərimə – BNA, DYP cerime
-Kreditlər - Kredit Kapital Bank, İpoteka, Kontakt Home, Optimal, İrshad
-Təhsil müəssəsi ödənişləri;
-Parkinq ödənişləri;
-Umico Market - online mağazada cibinə uyğun birbaşa alış-veriş edərək Umico bonuslar qazan və kredit kartı ilə aylara böl, hissə-hissə ödə;
-Ödəniş şablonu - Birbank ilə ödənişi yadda saxlamaq imkanı ilə həm aylıq avtomatik ödənişlər təyin edə, həm də istədiyin zaman ödənişləri təkrarlaya bilərsən.
 
KÖÇÜRMƏLƏR
-Birbank Cashback debet kartı ilə pulsuz nağdlaşdırma və köçürmə;
-Bütün beynəlxalq bank kartlarına və ölkədaxili hesablara pul köçürmələri;
-Cash by Code ilə köçürmələr;
-Mobil nömrə ilə Birbank istifadəçilərinə köçürmələr;
-Pul köçürmə sistemləri (Zolotoya Korona, Western Union, Xəzri beynelxalq ödəniş sistemi) ilə
pul köçürməsi etmək və almaq mümkündür.
 
BONUSLAR
Ödənişlər edərək Birbank bonuslar hesabına Keşbeklər, Umico Bonusları, ƏDV və ya Millər toplaya bilərsən. Geniş partnyor şəbəkəsi ilə endirimli, taksitlə məhsul əldə etmək imkanı qazanırsan. Millər ilə AZAL, THY və digər şirkətlərdən bilet ala bilərsən.
 
ƏDV GERİ AL
Birbank Cashback kartı ilə alış-veriş çeklərini Birbank-da QR Scan ilə oxutsan, ƏDV-nin 35%-i edv geri al balansına əlavə olunacaq. Bonuslar bölməsindən ədv balansına nəzarət edə, ödənişlər və köçürmələr edə bilərsən. Fiskal ID-ni manual daxil etmək imkanı da mövcuddur.
 
TƏMASSIZ ÖDƏNİŞ ÜSULLARI
-NFC: telefonu POS terminala toxundurmaqla;
-Apple Pay: (Visa və MasterCard) taksit və debit kartını wallet-ə əlavə etməklə;
-QR Pay: çekdəki ya kassadakı QR kodu oxudaraq ödənişləri təhlükəsiz və təmassız edə bilərsən.
 
RƏQƏMSAL KART
Kapital Bank filiallarına gəlmədən bir neçə saniyədə pulsuz karta sahib ol. Digital Card ilə Birbank-dan istifadə edə, onlayn ödənişlər, pulsuz köçürmələrdən yararlana bilərsən.
 
RƏQƏMSAL BANKÇILIQ 
Kart və kredit sifarişi - Bank məhsulları bölməsindən istəyinə uyğun kartı və ya nağd krediti onlayn şəkildə 7/24 əldə edə bilərsən. Nağd kredit və taksit limiti dərhal Birbank tətbiqində əks olunacaq. 
Onlayn növbə - Tətbiqin online növbə bölməsindən bank xidmətini seçib, filial, tarix və saatı qeyd etməklə növbəni götür və filialda sıra gözləmə.

BİRBANK PARTNYORLARI
İstədiyin mağaza, restoran və digər xidmətlər ilə Birbank partnyorları səhifəsindən tanış ola bilərsən. Həmçinin, partnyorların təklif etdiyi sərfəli kampaniyalar, keşbek, mil və taksit imkanlarını da burada yerləşdirmişik.
 
FİLİAL VƏ BANKOMATLAR
Ölkə ərazisində yerləşən Kapital Bank filiallarını, həmçinin ATM-lərini ya siyahıdan, ya da xəritədən tapa bilərsən. 
 
DİGƏR XİDMƏTLƏR
Azersell fakturalı xətt, PAŞA Həyat sığortası abonentləri üçün hesabın idarə olunması və cərimələrdən anında xəbər tutmaq üçün SMS Radar funksiyası mövcuddur.
Category Ranking
Not enough information to display the data.
Review Breakdown
Not enough information to display the data.
Screenshots
Reviews

Bacarıqsız kapital bankın bəzi işçisi

Mən dünən onkine kart sifariş verdim.Online anketi doldurub USD hesabi sifariş verdim.Bu gün yenə mənə kapital bankdan zəng edib guya hər şeyi dəqiqləşdirib kartı kuryer vasitəsilə göndərəcəkdilər.Nəhayət kart mənə çatdı ancaq USD hesabı olmayan bir kart.2 gün kartı gözlə onu da hansısa bacarıqsız tutduğu vəzifeye layiq olmayan bir kəs götürüb sənə Azn hesabında kart göndərsin.Kapital banka məsləhətim orda oturan bəzi bacarıqsız işçilərini yenidən attestasiyadan keçirsin.

PirguliTue, Jan 30, 2024
United StatesUnited States

Elave 30 manat

QQ7JB1 qeydiyyatdan kecerken bu referal koddan istifade edin 30 manat qazanin

Perviz19Mon, Oct 9, 2023
United StatesUnited States

False detects the non jailbroken iphone

My iphone with the latst ios version gets false detected as jailbroken. HOW IS THAT EVEN POSSIILE WITH THE LATEST IOS??? Looks like your developers should start learning how to code

L'V!NFri, Jun 16, 2023
United StatesUnited States

Server problemi

Chat hissəsində server problemi var adam sinir olur yazırsan yuxarıda bildiriş verir ki serverlə əlaqə mümkün olmadı yenidən cəhd edin. Bunu düzəldin

GadirPiriyevWed, May 31, 2023
United StatesUnited States

Awesome 👏

Best multifunctional banking app in Azerbaijan

OrkhanicFri, May 19, 2023
United StatesUnited States

Yeniliyi beyenmedim

Salam, men iphone 6 isledirem. Bu gunden artiq tetbiqinizi istifade ede bilmeyeceyemi oyrendim. Kohne telefon isleden insanlari da dusunun! Eger artiq bele olacaqsa online olaraq hesabima gire bilmek ucun birbank.comdan bu tetbiqin eynisini duzedin ve ya tetbiqin desktop variantini komputerler ucun duzeldin.Cox pis!

Zhala FujiTue, May 16, 2023
United StatesUnited States

Pul oğrusu KAPİTAL

Adicə proses olan refundu qlobal problemə çevirdiz. Hüseyn adlı əməkdaşla 4 dəfə ayrı-ayrı vaxtlarda yazışmışam çatda. İndi yazır ki, sorğu qeydə alınmayıb və işin üstündən 120 gündən çox vaxt keçib deyə qeydə ala bilmir. Həyatım boyu belə amatör bir qurum görməmişdim. İşləri ləngidib, prosesi bilərəkdən yubadıb sonda 36$-ım arxasına keçdi KAPİTAL BANK. Bu bankın “xidmətlərindən” yararlanmamışdan qabaq 100 dəfə düşünün.

Mehti BəybalaFri, Apr 14, 2023
United StatesUnited States
Download & Revenue
DOWNLOAD 12.2KApr 2024Worldwide
REVENUEN/AApr 2024Worldwide
download revenue
About
Bundle Id
com.az.ios.prod.kapitalbank
Min Os. Version
15.0
Release Date
Thu, Jan 4, 2018
Update Date
Fri, May 3, 2024
Content Rating
4+
Has IMessage
No
Support Watch
No
Support Siri
No
File Size
159.05MB
Has Game Center
No
Family Sharing
Yes
Support Passbook
Yes
Supported Languages
English, Azerbaijani, Russian
What's New
version
2.51.1
updated
1 week ago
Geridönüşləriniz üçün təşəkkür edirik, sayənizdə tətbiqimizdən istifadə daha da rahat olur!
Əminik ki, yeni versiya sizin də xoşunuza gələcək.
Newsletter

Subscribe our newsletter and get useful information every week.

Stay Ahead of the Market with StoreSpy
Never miss opportunities
Watch your competitors closely
Start boosting your app right away
Start Now
stay a head