Tap.az – xidmətlər, avto, iş

Tap.az – xidmətlər, avto, iş

Tap.az - find what you want, buy easily, sell quickly!

App Report, Market and Ranking Data
category
price
Free
Reviews
4.6 (43.7K)
United States United States
Description
Tap.az - find what you want, buy easily, sell quickly!
Tap.az layihəsi Azərbaycanda özəl elanlar üçün universal məkan təşkil etmək məqsədilə yaradılmış, ölkənin ən böyük elanlar saytıdır. Hər bir kəs Tap.az-dan istifadə etməklə geyim və mebeldən elektronika və avtomobilədək hər şeyi ala və ya sata, eləcə də müxtəlif xidmətləri təqdim edə və ya onlardan yararlana bilər.

🤔 Niyə məhz Tap.az tətbiqi?

⚡Sürətli və rahatdır
Sadə interfeys, asan və qısa qeydiyyat və ödəniş prosesi, qabaqcıl filtrlər ilə rahat və sürətli axtarış sistemi, bəyəndiyiniz və ya daha sonra baxmaq istədiyiniz elanları "Seçilmişlər" bölməsinə əlavə etmək, istənilən məhsulu tez bir zamanda almaq və ya satmaq imkanı.

🤑 Sərfəli və effektivdir
Mağaza qiymətlərindən çox daha ucuz təkliflər, uyğun qiymətdə razılığa gəlmək imkanı, elanları irəlilətmək və daha çox istifadəçiyə çatmasını təmin etmək üçün sərfəli xidmətlər, artıq xərcləri minimuma, hətta sıfra endirməyin sevinci.

👍Təhlükəsiz və qənaətcildir
İstifadəçilərin geridönüşləri və daxili testlər əsasında daim yenilənir və təkmilləşdirilir, istifadəni daha rahat və sürətli edən, yeni funksiyalarla zənginləşdirilir, məlumatlarınızı məxfi saxlayır, smartfonun enerjisinə və mobil dataya (meqabaytlara) qənaət edir.

🤩 Populyar və bənzərsizdir
“Elan” dedikdə əksər yerli istifadəçinin ağlına ilk olaraq Tap.az gəlir. Milyonlarla istifadəçi, minlərlə elan, gün ərzində hər elana gələn yüzlərlə baxış və demək olar ki, istənilən şeyi tapmaq imkanı. Bir sözlə, Tap.az cibinizə yerləşən nəhəng ticarət mərkəzidir.



🏠 Ev və bağ üçün:
Təmir-tikinti işləri üçün lazım olan hər şey, mebel və digər interyer əşyaları, qab-qacaq və mətbəx ləvazimatları, məişət texnikası, bitkilər, bir sözlə, ev və bağınız ilə bağlı axtardığınız və ya satmaq istədiyiniz nəsə varsa, doğru ünvandasınız.

🌆 Daşınmaz əmlak:
Burada hər növ daşınmaz əmlakınızı rahatlıqla ala və ya qısa vaxtda sata bilərsiniz. Həmçinin Tap.az kiraye evler icarəyə verməyiniz və ya götürməyiniz üçün idealdır.

📱 Elektronika:
Tap.az telefonlar və planşetlərdən çeşidli aksesuarlara qədər hər növ yeni və işlənmiş elektronika məhsulları üzrə çox sərfəli təkliflərin ünvanıdır – həm alıcılar, həm də satıcılar üçün sərfəli.

🚗 Nəqliyyat:
Tap.az avtomobil almaq və ya satmaq istəyənləri bir araya gətirir. Yeni və sürülmüş nəqliyyat vasitələrini əla qiymətlərlə alın və ya satın. Tap az masinlar üçün ehtiyat hissə və aksesuar alqı-satqısı cəhətdən də aktivliyi ilə seçilir.

📦 Şəxsi əşyalar:
Tap az istifadəçiləri burada yeni və işlənmiş geyimlərini, aksesuarlarını və digər əşyalarını sataraq gəlir əldə edir, həmçinin itirdikləri və ya tapdıqları əşyalar barədə elanlar yerləşdirir.

🛠️ Xidmətlər və biznes:
Tap.az-da təqdim olunan çoxsaylı xidmətlərdən yararlana və ya mütəxəssisi olduğunuz sahə üzrə xidmətlərinizi təklif edərək davamlı qazanc əldə edə bilərsiniz.

🏖️ Hobbi və asudə:
Səyahətə çıxmağı planlayırsınız? Marka kolleksiyanıza yaxşı müştəri tapmaq istəyirsiniz? Bəs ürəyinizə yatan bir insanla tanış olmaq necə? Elədirsə, bura tam sizlikdir.

🍼 Uşaq aləmi:
Tap.az-da hər yaşda uşaqlar üçün axtardığınızı tapa və aktual olmayan uşaq əşyalarını sata bilərsiniz. Məhsullar mağaza qiymətlərindən daha sərfəli qiymətə təqdim olunur və qısa müddətdə alıcı tapır.

🐶 Heyvanlar:
Tap.az heyvanlar üçün yeni sahib tapmaq və ev heyvanı almaqda sizə yardımçı olacaq. Burada axtardığınız heyvan növlərini, onlar üçün müxtəlif qida, əşya və oyuncaqları tapa bilərsiniz.

💼 İş elanları:
Tap.az-da hər gün yenilənən is elanlari ilə uyğun vakansiyaları tapa və ya işin sizi tapmasını sürətləndirə bilərsiniz. Şirkətlərin yerləşdirdiyi iş elanları 2021 mövsümü üzrə daim yenilənir, yüzlərlə şəxs isə axtardığı işi tapır.

🏪 Mağazalar:
Tap.az mağaza və şirkətlərə burada öz “filialını” açmaq imkanı yaradır. Bununla da həm daha sərfəli qiymət və üstün xiḑmətdən yararlanan müştərilər, həm də nəhəng platformadan əla nəticələr əldə edən sahibkarlar məmnun qalır.
Category Ranking
Not enough information to display the data.
Review Breakdown
Not enough information to display the data.
Screenshots
Reviews

Elanı yerləşdirmək olmur, nömrə üçün telefona sms gəlmir.

Seymur ƏliyevSun, Nov 19, 2023
English

Əla

Ogtay RahimovThu, Nov 16, 2023
English

day ne deyim zorduda

BabicFri, Nov 10, 2023
English

Axtarış zamanı malın xüsusiyyətlərini seçmək olsa əla olar məsəlçün notbuk axtarışı zamanı ram, cpu nüvəsi, cpu modeli seçmək olsa axtarış daha asanlaşar.

AlquistSat, Oct 28, 2023
English

telefon elanı yerləşdirmək mümkün deyil. Internetdən şəkil götürmək olmazmış amma mağazalara olar. Sıravi elana olmaz. olmaz belə ayrı-seçkilik. Real foto olmalıdır. Upakovka malı açaq ki elan yerləşdirek, sonra da malı sata bilmeyek?

Abdur RahmanWed, Oct 4, 2023
English

1) 2 gündən bir şəxsi hesabdan çıxır, başdan-ayağa əsəbdir! ID 4747373-filan ağzına gələni yazır ad yerində! 2) 2023-cü ildə hələ də qaranlıq fon yoxdur tətbiqdə. 🤦🏻‍♂️ Milyonlar qazanırsız amma canınız çıxır tətbiqə pul xərcləməyə...

Samir TilazadəSat, Sep 9, 2023
English

1) Tez-tez hesabdan çıxır. 🤬 2) 2023-cü ildə hələ də qaranlıq fon yoxdur tətbiqdə. 🤦🏻‍♂️

Samir TilazadəFri, Sep 1, 2023
English
Download & Revenue
DOWNLOAD 33KNov 2023Worldwide
REVENUEN/ANov 2023Worldwide
download revenue
About
Bundle Id
org.tapaz.android
Min Os. Version
6.0
Release Date
Tue, Jul 12, 2016
Update Date
Fri, Nov 24, 2023
Content Rating
Everyone
What's New
version
1700826309000
updated
1 week ago
Bu yeniləmədə biz bir sıra xırda xətaları aradan qaldırdıq və tətbiqin işini təkmilləşdirdik! Geridönüşlər üçün təşəkkürlər və sağ olun ki, bizimləsiz!
Həmçinin tətbiqin bu relizində biz istifadəçilərin elanlarla çoxsaylı əməliyyatlar zamanı yaşadıqları problemlərə səbəb olan kritik səhvi də düzəltdik.
Newsletter

Subscribe our newsletter and get useful information every week.

Stay Ahead of the Market with StoreSpy
Never miss opportunities
Watch your competitors closely
Start boosting your app right away
Start Now
stay a head